11:26 - 27.09.2024
27 sentyabr, Fineko/abc.az. Macarıstan Rusiya ilə iqtisadi münasibətləri yaxşılaşdırmaq istəyir.
ABC.AZ xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və xarici ticarət naziri Peter Siyarto sentyabrın 27-də bildirib.
"Biz sanksiyaların təsir etmədiyi bütün sahələrdə Rusiya ilə Macarıstan arasında iqtisadi münasibətləri yaxşılaşdırmaq istəyimiz haqqında çox açıq danışırıq", — deyə Siyarto bildirib.
O qeyd edib ki, iki ölkənin iqtisadi qarşılıqlı fəaliyyətini inkişaf etdirmək istəyinin göstəricisi Budapeştdə 173 sahibkarın iştirak etdiyi iqtisadi əməkdaşlıq üzrə Rusiya-Macarıstan Hökumətlərarası Komissiyasının iclası olub.
XİN başçısı ölkəsinin sanksiya rejiminə mənfi münasibətini də qeyd edib.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026