Azərbaycanda Çin sərmayəli 256 kommersiya təşkilatı var

10:58 - 27.09.2024


27 sentyabr, Fineko/abc.az. Çin Azərbaycanın əsas iqtisadi və ticarət tərəfdaşlarından biridir: bu ilin yanvar-iyul aylarında ticarət dövriyyəsinin həcmi 21 % artaraq 2 milyard ABŞ dolları təşkil edib.

ABC.AZ xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Çin Xalq Respublikasının yaradılmasının 75 illiyinə həsr olunmuş tədbirdə deyib.

O qeyd edib ki, ölkələr arasında investisiya sahəsində əməkdaşlıq intensiv şəkildə inkişaf edir: “Azərbaycanda Çin sərmayəli 256 kommersiya təşkilatı fəal şəkildə işləyir. Çin şirkətlərinin Azərbaycandakı əlverişli biznes mühitindən yararlana bilməsi üçün lazımi dəstəyi göstərməyə davam edəcəyik”.