10:46 - 27.09.2024
27 sentyabr, Fineko/abc.az. Çinin iri sənaye şirkətlərinin yanvar-avqust aylarında ümumi mənfəəti ötən ilin eyni dövrünə nisbətən 0,5% artaraq 4,653 trilyon yuana (664 milyard dollar) çatıb.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika İdarəsinin (DSİ) hesabatında deyilir.
İllik gəliri 20 milyon yuandan çox olan sənaye müəssisələrini DSİ iri müəssisələrinə aid edir.
Müqayisə üçün: yanvar-iyul aylarında artım 3,6% təşkil edib.
Avqust ayında Çinin iri sənaye müəssisələrinin ümumi mənfəəti bir il əvvəl həmin aya nisbətən 17,8% azalıb. İyul ayında bu göstərici 4,1% artıb.
Mənfəətin azalması zəif tələbin, əlverişsiz hava şəraitinin və yüksək bazanın təsirinin nəticəsi olub.
Bu ilin səkkiz ayında dövlət şirkətlərinin mənfəəti 1,3%, özəl şirkətlərin mənfəəti isə 2,6% azalıb.