Müəllimlərin maaşı belə hesablanır - SXEM

15:40 - 20.09.2024


20 sentyabr, Fineko/abc.az. Yeni dərs ilinin başlanması müəllimlərin maaşı ilə bağlı sualları da gündəmə gətirib.

Tez-tez sosial şəbəkələrdəki müzakirələrdə “Müəllimlərin əmək haqqı necə hesablanır” sualına rast gəlinir.

ABC.AZ xəbər verir ki, modern.az saytı müzakirələri nəzərə alaraq müəllimlərin dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemini təqdim edir.

Sözügedən sxem Nazirlər Kabinetinin 2023-cü il 7 mart tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilib.

Qərar 2023-cü il fevralın 1-dən tətbiq edilir.