16:59 - 19.09.2024
19 sentyabr, Fineko/abc.az. Bu il Azərbaycandan xaricə ixrac olunan meyvə və tərəvəzlər məlum olub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 7 ayın nəticələrinə ən bahalı meyvə fındıq, giləmeyvə çiyələk, ən bahalı tərəvəz isə sarımsaq olub.
Belə ki, yanvar-iyul ayları ərzində 1 kq fındığın orta ixrac qiyməti 10,48 manat, 1 kq çiyələyin ixrac qiyməti 2,17 manat, 1 kq sarımsağın ixrac qiyməti isə 2,55 manat olub.
Ən ucuz giləmeyvə qarpız, meyvə armud, tərəvəz isə kartof olub. Belə ki, 1 kq qarpızın orta ixrac qiyməti 81 qəpik, armudun qiyməti 1,08 manat kartofun qiyməti isə 72 qəpik təşkil edib.