15:58 - 19.09.2024
19 sentyabr, Fineko/abc.az. Bu ilin avqust ayında Azərbaycanda marketlərdə satılan yerli istehsal zeytun yağının bir litr üçün orta qiyməti 16,33 manat təşkil edib.
ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, zeytun yağının qiyməti ilin yanvar ayı ilə müqayisədə 1,46 manat bahalaşıb. Yanvarda yerli istehsal zeytun yağının bir litr üçün orta qiyməti 14,87 manat olub.
Bununla yanaşı, marketlərdə satılan yerli istehsal günəbaxan yağının bir litr üçün orta qiyməti 30 qəpik ucuzlaşaraq 3,96 manat, qarğıdalı yağının qiyməti isə 38 qəpik ucuzlaşaraq 5,42 manat olub.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026