14:08 - 12.09.2024
12 sentyabr, Fineko/abc.az. Artıq 34 ölkə bu və ya digər formada BRİCS-ə qoşulmaq istədiyini bəyan edib.
ABC.AZ xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Biz Kazan sammitində üzvlük üsullarını müzakirə edəcəyik”, – o qeyd edib.
Qeyd edək ki, BRİCS sammiti bu il oktyabrın 22-24-də Kazanda keçiriləcək.
Hazırda BRİCS-in doqquz üzvü var – Braziliya, Hindistan, Çin, Rusiya, Cənubi Afrika, BƏƏ, İran, Misir və Efiopiya.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026