17:31 - 10.09.2024
10 sentyabr, Fineko/abc.az. Dünyanın ən böyük şirkətləri 2024-cü ilin ikinci rübündə 606.1 milyard dollar məbləğində rekord dividend ödəyib.
“Janus Henderson Investors”un araşdırmasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5.8% çoxdur.
İkinci rübdə ödənilən dividendlərin məbləğinə görə Top 10-luq aşağıdakı kimidir:
HSBC (bank, Böyük Britaniya);
Nestle (qida istehsalçısı, İsveçrə);
China Mobile (telekommunikasiya şirkəti, Çin);
Mercedes-Benz Group (avtomobil istehsalçısı, Almaniya);
Allianz (sığorta şirkəti, Almaniya);
BNP Parisbank (bank, Fransa);
Microsoft (proqram təminatçısı, ABŞ);
Stellantis (avtomobil istehsalçısı, Hollandiya);
Sanofi (əczaçılıq şirkəti, Fransa);
Axa (sığorta şirkəti, Fransa).
Ən çox dividend Avropa şirkətləri ödəyib – 204.6 milyard dollar. Ümumilikdə, rekord dividendlər Fransa, İtaliya, İsveçrə və İspaniyada ödənilib. Araşdırma nəticəsində məlum olub ki, dünya üzrə şirkətlərin 92%-i dividendlərini artırıb və ya eyni saxlayıb.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026