Estoniya Ukrayna qaçqınlarına mənzil verilməsi qaydalarını dəyişəcək

14:13 - 10.09.2024


10 sentyabr, Fineko/abc.az. Estoniyanın Sosial sığorta Departamenti yalnız bu yaxınlarda Estoniyaya gələn ukraynalı qaçqınlara birdəfəlik kirayə haqqı verəcəklər.

ABC.AZ xəbər verir ki, Ukrayna mənbələrinə görə, hazırda bu kompensasiya qaçqının gəlirindən asılı deyil.

24 fevral 2022-ci il tarixindən etibarən Estoniyaya gələn və müvəqqəti sığınacaq almış bütün ukraynalı qaçqınlar birdəfəlik kompensasiya ala bilərlər. Birdəfəlik kompensasiya maksimum 1 200 avrodur.