11:23 - 9.09.2024
9 sentyabr, Fineko/abc.az. Azərbaycanda kiçik və orta biznes subyektlərinin (KOB) “yaşıl iqtisadiyyat”a töhfə verməsi üçün ilk növbədə enerji səmərəliliyinin təmin edilməsi vacibdir.
ABC.AZ xəbər verir ki, bunu Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“Enerjiyə qənaət edən texnologiyaların tətbiqi, bərpa olunan enerji mənbələrindən istifadə yolu ilə enerji səmərəliliyinə nail olmaq mümkündür”, - deyə o qeyd edib.
“İnsan resurslarının inkişafı, kadrların təkmilləşdirilməsi də əsas diqqət yetirilməli məqamlardandır. Çünki innovasiyaları müasir bilik və bacarıqlara malik kadrlar tətbiq edə bilər.
Tullantıların idarə edilməsi də bu kontekstdə önəmlidir. Tullantıların təkrar emalı, tullantı miqdarının azaldılması, ekoloji cəhətdən təmiz materiallardan istifadə edilməsi bu baxımdan önəm kəsb edir”, - deyə nazir əlavə edib.
10 Avqust 2026
10 Avqust 2026