“Gmail” tətbiqi “Gemini AI” tərəfindən də dəstəklənir

16:52 - 30.08.2024


30 avqust, Fineko/abc.az. "Google” bu yaxınlarda internetdə “Gemini” inteqrasiyasını təqdim etdi

ABC.AZ xəbər verir ki, bu inteqrasiya “Gmail” istifadəçilərinə “e-poçt”larını asanlıqla idarə etməyə imkan verir.

Artıq bu xüsusiyyət mobil cihazlara gətirilir.

“Google”, “Gmail Q&A” xüsusiyyətinin “Android”də mövcud olmağa başladığını və tezliklə “iOS”a gələcəyini açıqlayıb.

“Gmail Q&A”dan istifadə edərək istifadəçilər gələnlər qutusu haqqında “Gemini”yə suallar verə, “e-poçt”larda xüsusi təfərrüatları tapa, oxunmamış mesajları göstərə, konkret göndərəndən gələn mesajlara baxa bilər.