10:58 - 27.08.2024
27 avqust, Fineko/abc.az. Qazaxıstan hökuməti ölkənin 2025-2029-cu illər üçün sosial-iqtisadi inkişaf proqnozunu təsdiqləyib ki, ona əsasən gələn il ÜDM artımı 5,6%, 5 il ərzində ÜDM-in orta illik artımı isə 5,4% səviyyəsində gözlənilir.
ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstanın milli iqtisadiyyat naziri Nurlan Baybazarov bildirib.
Nazirin sözlərinə görə, nominal ÜDM 2025-ci ildə 150,8 trilyon təngədən 2029-cu ildə 234,2 trilyon təngə və ya $498,4 milyarda qədər artacaq.
İnflyasiya 2025-ci ildə 5,5-7,5%, 2026-cı ildə 5-6%, ardından 2027-2029-cu illərdə 5%-ə qədər müəyyən edilmişdir.
Nazirin sözlərinə görə,"əsas ssenaridə neftin orta qiyməti bir barel üçün 75 dollar səviyyəsində təklif olunur".
Bundan əvvəl Qazaxıstan Nazirlər Kabineti 2024-2026-cı illər üçün respublika büdcəsinin formalaşmasında neftin qiymətini bir barel üçün 80 dollar səviyyəsində təyin etmişdi.
18 Avqust 2026