Çinin ən böyük ixrac tərəfdaşları - SİYAHI

15:00 - 26.08.2024


26 avqust, Fineko/abc.az. Çinin ən böyük ixrac tərəfdaşları açıqlanıb.

ABC.AZ xəbər verir ki, araşdırmalarla Çinin ən böyük tərəfdaşının ASEAN (Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası) olduğu məlum olub.

Belə ki, ötən il ərzində ASEAN Çindən 523 milyard dollarlıq məhsul ixrac edib.

Çinin ən böyük ixrac tərəfdaşlarını sizə təqdim edirik:

ASEAN: 523 milyard dollar

Avropa Birliyi: 501 milyard dollar

ABŞ: 500 milyard dollar

Honq Konq: 274 milyard dollar

Yaponiya: 157 milyard dollar

Cənubi Koreya: 149 milyard dollar

Hindistan: 117 milyard dollar

Rusiya: 111 milyard dollar

Müəllif: Elmir Murad