Bu ölkədə kərə yağının qiyməti yeni rekord nümayiş etdirdi

14:53 - 26.08.2024


26 avqust, Fineko/abc.az. Hollandiyada kərə yağının qiyməti artmağa davam edir və ilin 34-cü həftəsində 20 avro artımla 100 kq üçün 755 avroya çataraq yeni record qırıb.

ABC.AZ xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yağsızlaşdırılmış quru süd də 2022-ci il qiymətləri ilə xeyli boşluq göstərir. Yağsızlaşdırılmış quru süd qida məqsədləri üçün qiyməti 100 kq üçün 5 avro — 243 avroya yüksəlib ki, bu da keçən ilə nisbətən 26 avro yüksəkdir, lakin 2022-ci ildən 113 avro geri qalır.

Heyvan yemi üçün yağsız süd tozunun qiyməti 6 avro — 100 kq üçün 240 avroya qalxıb. Bu, 2022-ci pik ilindən 100 avro azdır, lakin 2023-cü ilin kotirovkasından 33 avro yüksəkdir.