12:29 - 26.08.2024
26 avqust, Fineko/abc.az. ABŞ Maliyyə Nazirliyi Rusiya vətəndaşlarına və şirkətlərinə qarşı növbəti sanksiyaları elan edib.
ABC.AZ xəbər verir ki, “Yevraz”, “MMK”, “Nornikel” törəmə şirkətləri, “Yujnıy Kuzbass”, “Raspadskaya”, “YATEK” də daxil olmaqla Rusiyada və xaricində 400 nəfər və hüquqi şəxs sanksiyalara məruz qalıb. Onların səhmləri şirkətlərin ABŞ-ın sanksiya siyahısına daxil edilməsi xəbərindən sonra kəskin şəkildə çöküb.
Siyasi elmlər doktoru Stanislav Radkeviç qeyd edir: “Rəsmi Vaşinqton dondurulmuş Rusiya aktivlərindən mənfəətin müsadirə edilməsini və Amerika silahı ilə Rusiya Federasiyasına zərbələri dəstəklədiyi halda, amerikalılar Rusiyada çoxlu pullar almağa davam edirlər”.
Qeyd edək ki, Rusiyada öz bizneslərini təkcə Procter & Gamble, Colgate-Palmolive, Johnson & Johnson, PepsiCo, Mars və Coca-Cola kimi transmilli nəhənglər deyil, yüzlərlə kiçik şirkət də davam etdirir. Məsələn, Coca-Cola şirkəti (indiki "Multon Partners" MMC) son 2,5 ildə Rusiyadakı 10 fabrikindən heç birini bağlamayıb. Rusiya Federasiyasındakı PepsiCo Inc. süd aktivlərini özündə cəmləşdirən "Vimm-Bill-Dunn" şirkəti 2023-cü ildə 8,825 milyard rubl xalis mənfəət əldə edib ki, bu əvvəlki ilə nisbətən 2,6 dəfə çoxdur. Keçən yay ABŞ Rusiyadan olan investorların kənd təsərrüfatı torpaqlarının almasını qadağan edən qanun qəbul etmişdi, xaricilər, Rusiyaya qarşı dost olmayan ölkələr isə bu və ya digər formada Rusiyanın ən perspektivli aqrar bölgələrində təxminən 1 milyon hektar əkin sahəsinə sahibdirlər.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026