“SpaceX” Polaris Dawn missiyasının kosmosa ucuşunun əsas məşqi keçirdi

12:02 - 26.08.2024


26 avqust, Fineko/abc.az. “SpaceX” kosmik şirkətinin mütəxəssisləri astronavtların ilk dəfə kosmosa çıxmağa çalışacaqları ilk özəl Polaris Dawn missiyasının başlanması üçün əsas məşqi keçiriblər.

ABC.AZ xəbər verir ki, Florida ştatındakı Kanaveral burnunda Polaris Dawn ekipaj kapsulu ilə Falcon 9 buraxılışının məşqi keçirilib. Məşq çərçivəsində mühəndislər Falcon 9-un birinci mərhələsinin statik atəş testini aparıblar, ekspedisiya üzvləri milyarder  Carek Ayzekman, ABŞ Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Skott "Kidd" Potit, SpaceX mühəndisləri Sarah Cillis və Anna Menon skafandr geyinərək Dragon gəmisində yerlərini alıblar.

Polaris Dawn missiyasının buraxılışı avqustun 27-nə Bakı vaxtı ilə saat 11:38-də planlaşdırılır.