İ.Əliyev: Xankəndidə yüngül sənaye müəssisəsinin yaradılması Azərbaycan və Özbəkistan xalqlarının qardaşlıq və dostluğunun rəmzidir

14:34 - 23.08.2024


23 avqust, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə danışıqlarda işğaldan azad edilmiş Xankəndi şəhərində yüngül sənaye müəssisəsinin yaradılması layihəsini müzakirə etdiyini bildirib.

“Bu, xalqlarımızın qardaşlıq və dostluğunun daha bir rəmzidir. Biz həmişə – işğal illərində də, İkinci Qarabağ müharibəsi zamanı da, ondan sonra da bütün özbək xalqının qardaş dəstəyini hiss etmişik. Özbəkistan, ölkə prezidentinin təşəbbüsü ilə bizə təkcə mənəvi dəstək deyil, həm də azad edilmiş ərazilərin bərpasına dəstək verən ilk ölkə oldu”, - deyə İ.Əliyev Ş.Mirziyoyevlə danışıqların yekunlarına dair mətbuat bəyanatında bildirib.