Daşkənddə “İqtisadiyyatın əsas istiqamətləri — birgə firavanlığa bir pillə” sərgisi keçirilir

14:49 - 22.08.2024


22 avqust, Fineko/abc.az. “Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində Daşkənddə ölkəmizin iqtisadi potensialını, sənaye və kənd təsərrüfatı məhsullarını, enerji, nəqliyyat — logistika və turizm imkanlarını, habelə ölkədə həyata keçirilən innovativ layihələri nümayiş etdirən “İqtisadiyyatın əsas istiqamətləri — birgə firavanlığa bir pillə” sərgisi keçirilir.

ABC.AZ xəbər verir ki, bunu X şəbəkəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov yazıb.

Onun sözlərinə görə, sərgi Azərbaycanın biznes və investisiya imkanları, yerli məhsul və xidmətlər ilə tanış olmaq, təcrübə mübadiləsi və ixrac əlaqələrinin qurulması üçün yeni imkanlar açır.

"Sərgi çərçivəsində qurulan əlaqələr ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsinə kömək edəcək", - deyə nazir qeyd edib.