14:37 - 22.08.2024
22 avqust, Fineko/abc.az. 2024-cü ilin yanvar-iyul aylarında Bakıda ictimai iaşə müəssisələrinin dövriyyəsi 828 mln. manat təşkil edib.
ABC.AZ Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, 2023-cü ilin 7 ayı ilə müqayisədə ictimai iaşə dövriyyəsi 8,2% artıb.
Hesabat dövründə hüquqi şəxslərin payı ictimai iaşə müəssisələrinin dövriyyəsində 501,9 mln. manat və ya 60,6% təşkil edib.
2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda ictimai iaşə müəssisələrinin dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,2% artaraq 1244,6 mln. manat təşkil edib.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026