14:23 - 22.08.2024
22 avqust, Fineko/abc.az. Bakı və Şuşa şəhərlərində ictimai iaşə obyektlərinin, Özbəkistanın Milli pavilyonlarının və ticarət evlərinin, Daşkənd və Səmərqənd şəhərlərində isə Azərbaycanın ticarət evlərinin açılması planlaşdırılır.
ABC.AZ xəbər verir ki, bunu Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov Daşkənddəki Özbəkistan-Azərbaycan biznes forumunda çıxış edərkən deyib.
Nazir qeyd edib ki, Azərbaycan və Özbəkistan bir sıra iqtisadi sahələrdə, o cümlədən qarşılıqlı ticarətin diversifikasiyası üzrə fəal əməkdaşlıq edirlər.
İdxal əvəzetmə proqramları, iki ölkə ərazisində daha aktiv satışa töhfə verəcək infrastrukturun yaradılması müzakirə olunur. Sənaye əməkdaşlığının da fəal şəkildə inkişaf etdirilməsi planlaşdırılır.
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026