11:01 - 21.08.2024
21 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayı ərzində Azərbaycan 19 milyon 709 min dollar dəyərində 25 min 820 ton şəkər ixrac edib.
ABC.AZ Dövlət Gömrük Komitəsinin hesabatına istiandla xəbər verir ki, ötən eyni dövrü ilə müqayisədə ölkədən ixrac edilən şəkərin dəyəri 29.3% və ya 4 mln. 65,7 min dollar, həcmi isə 24% və ya 5 min ton artıb. 2023-ci ilin ilk 7 ayında Azərbaycandan 15 mln. 237 min dollar dəyərində 20 min 736 ton şəkər ixrac edilib.
Qeyd edək ki, hesabat dövründə şəkərin bir tonunun orta ixrac qiyməti əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4% artaraq 763 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, cari ilin yanvar-iyul aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0.12%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1.05%-ə bərabər olub.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026