14:37 - 20.08.2024
20 avqust, Fineko/abc.az. Bu gün bir sıra kütləvi informasiya vasitələri və İnternet resurslarında “Səba Broyler” ASC-nin fəaliyyətini dayandırması, “Səba” markası ilə toyuq və toyuq məhsulları istehsalına son qoyulmasına dair məlumat yayılıb.
Azərbaycan quşçuluq təsərrüfatlarının ictimai birliyindən ABC.AZ-a bildirilib ki, “Səba” markası ilə toyuq əti və məhsullarının istehsalı dayandırılmayıb.
Bu istehsalı “Səba Broyler” ASC-nin yaratdığı Chiken Pro MMC həyata keçirir.
MMC-rəhbərliyindən verilən məlumata görə, istehsal müəssisəsinin yenidən qurulması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi üçün zəruri investisiya qoyuluşu həyata keçiriləcək.