Səudiyyə Ərəbistanında inşa edilən unikal futbol stadionunun görüntüləri təqdim olunub

12:28 - 20.08.2024


20 avqust, Fineko/abc.az. “Populous” memarlıq studiyası yeni “Aramco Stadium” görüntülərini nümayiş etdirib. Əl-Hubarda (Səudiyyə Ərəbistanı) 47.000 yerlik bu idman qurğusu "futbol dünyasında əlamətdar" hadisə olacaq.

ABC.AZ xəbər verir ki, 2027 Asiya Futbol Kubokuna ev sahibliyi edəcək stadion dalğalara bənzəyən spiral formada olacaq.

“Aramco”nun spiral fasadı üst-üstə düşən panellərdən qurulacaq. “Populous” nümayəndələrinə görə, bu, "təbiətdə tez-tez rast gəlinən dalğaların və spiral motivlərin zərif fırlanması"ndan sonra modelləşdirilmişdir.

Səudiyyə Ərəbistanı artıq 2034-cü il futbol üzrə Dünya Çempionatının keçirilməsi üçün rəsmi ərizə verib və Ər-Riyadda 90 min nəfərlik nəhəng stadionun, eləcə də 350 metrdən çox hündürlükdə tikilən üfüqi göydələn "güzgü xətti"in (The Line) üzərində stadionun layihələrini təqdim edib.