14:50 - 17.08.2018
17 avqust, Fineko/abc.az. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Yevlax rayon nümayəndəliyində yerləşən təlim mərkəzində “Jonh Deere” markalı pambıqyığan kombaynlarını idarə edəcək mexanizatorlar üçün keçirilən təlim kursları başa çatmaq üzrədir.
İyulun 23-dən keçirilən təlimlərə 230 mexanizator cəlb olunub. Təlimlərin keçirilməsində məqsəd bu il pambıq yığımının tam itkisiz və vaxtında həyata keçirilməsinə nail olmaqdır.
Avqustun 20-də saat 11.00-da təlim mərkəzində kursun başa çatmasına həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə təlim kurslarını uğurla başa vurmuş mexanizatorlara sertifikat təqdim olunacaq.