16:16 - 16.08.2024
16 avqust, Fineko/abc.az. İran hakimiyyəti qanunsuz kriptovalyuta hasilatı əməliyyatları barədə xəbərdarlıq edən hər kəsə 1 milyon tümən (24 dollar) təklif edir. Bu tədbir anomal istilər fonunda ölkədə elektrik enerjisinin kəskin çatışmazlığı ilə bağlıdır.
ABC.AZ xəbər verir ki, daha əvvəl İranda 1,4 milyon insanın istehlakına bərabər enerji sərf edən 230 min qanunsuz mayninq qurğusu aşkar edilmişdir. Bir çox əməliyyat pulsuz və ya subsidiyalı elektrik enerjisi alan məktəblərdə və məscidlərdə aparıldı.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026