Dünyanın ən böyük açıq mis mədəni “Minera Escondida”da tətil davam edir

16:14 - 16.08.2024


16 avqust, Fineko/abc.az. Dördüncü gün dünyanın ən böyük açıq mis mədəni olan “Minera Escondida”da tətil davam edir.

ABC.AZ xəbər verir ki, avqustun 12-dən etibarən London birjasında misin qiyməti bir ton üçün təxminən 150 dollar artdı. Həmkarlar ittifaqı istirahət vaxtının və əmək haqqının artırılmasını, həmçinin işçilərin iş stajına nisbətdə işdən çıxarılmalarına görə kompensasiya ödənilməsini tələb edir. Sahib hələlik yalnız münaqişəyə son qoymaq üçün bonus, iki faiz maaş artımı və 100 faiz tibbi sığorta planı təklif edir. 

Müəssisənin 57,5%-i BHP, 30%-i Rio Tinto, 10%-i isə Yaponiyanın JATCO şirkətinə məxsusdur. 
“Minera Escondida” dünyada "qırmızı metal" istehsalının 5,4 faizini təşkil edir.