14:13 - 16.08.2024
16 avqust, Fineko/abc.az. “Apple” Rusiya və Belarusdan olan tərtibatçıları “App Store”da reklam etmək imkanından məhrum edib. Apple Search Ads (ASA) xidməti onlar üçün daha işləmir.
ABC.AZ xəbər verir ki, texnologiya nəhəngi, sənədin ləğvi səbəbləri kimi ASA xidmət şərtlərinin 13-cü bəndini qeyd edib. Lakin faktiki səbəb, tərtibatçının hesabının Rusiya və ya Belarusiyada qeydiyyata alınmasıdır.
Şirkətin iki ölkədə qeydiyyatdan keçmiş tərtibatçılara tətbiq satışından ödənişləri necə həyata keçirəcəyi hələ məlum deyil. ASA-nın dayandırılmasının Rusiya və Belarus tətbiqlərinin irəliləyişinə necə təsir edəcəyi də aydın deyil.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026