14:10 - 5.08.2024
5 avqust, Fineko/abc.az. Bu ilin yanvar-may ayları ərzində Qazaxıstan Azərbaycana 52,1 min dollar dəyərində 6,4 ton qəhvə ixrac edib.
Qazaxıstan mətbuatına görə, Azərbaycanla yanaşı bu məhsul Monqolustan, Rusiya, Özbəkistan və Gürcüstana da göndərilir.
Qeyd olunan dövrdə Qazaxıstan ümumilikdə 118,2 ton qəhvə ixrac edib ki, bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz azdır.
© Azertag.az
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026