15:10 - 16.08.2018
16 avqust, Fineko/abc.az. 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 4100,2 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6,5% çoxdur.
Dövlət Statistika Komitəsi məlumat verir ki, 2018-ci ilin 7 ayı ərzində heyvandarlıq məhsullarının
istehsalı 2,5%, bitkiçilik məhsullarının istehsalı isə 11,0% artmışdır.
Belə ki, yanvar-iyul aylarında respublikada 280,8 min ton ət (3% artım), 1199,4 min ton süd (1,2% artım), 1 022,4 milyon yumurta (0,7% artım) istehsal edilmişdir.
Məlumatda deyilir ki, 2018-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 2995,3 min ton dənli və dənli paxlallı bitliklər, o cümlədən, qarğıdalı (14% artım), 534,2 min ton kartof (1,5% artım), 925,7 min tərəvəz (15,6% artım), 207,4 min ton meyvə (2,7% artım) yığılmışdır.
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026