Uçuş zamanı ən yaxşı yeməklər təklif edən aviaşirkətlər – Siyahı

12:07 - 2.08.2024


2 avqust, Fineko/abc.az. MoneySuperMarket mütəxəssisləri 100-dən çox aviaşirkətin 27 000 sərnişin rəyini təhlil edərək ən yaxşı yeməklər təqdim edən aviaşirkətlərin siyahısını tərtib edib.

ABC.AZ xəbər verir ki, bütün xidmət siniflərində 8.6 / 10 GPA ilə birinci yeri ekonom sinifdəki çox yeməkli seçimlərdən tutmuş kral sinifindəki xərçəng və mal ətinə qədər müxtəlif çeşidli yeməklər təklif edən Küveyt Hava Yolları tutub.

İkinci yerdə 8.44 nəticə ilə Oman Air, üçüncü yerdə isə 8.39 nəticə ilə Middle Eastern Airlines qərarlaşıb.

Ümumiyyətlə, Yaxın Şərqdəki aviaşirkətlər bütün xidmət siniflərində çox yaxşı göstərici ilə seçiliblər.

Uçuş zamanı ən keyfiyyətli yeməklər təklif edən 10 aviaşirkət:
1. Kuwait Airways;
2. Oman Air;
3. Middle East Airlines;
4. Air Algérie;
5. airBaltic;
6. Aegean Airlines;
7. JetBlue;
8. Turkish Airlines;
9. Air Mauritius;
10. Swiss International Air Lines;