10:44 - 2.08.2024
2 avqust, Fineko/abc.az. Avropa və Avrasiya məsələləri üzrə katib müavini Ceyms O'Brayenin sözlərinə görə, ABŞ Senatının Xarici əlaqələr Komitəsində Gürcüstanda vəziyyət müzakirə olunub.
ABC.AZ xəbər verir ki, xarici agentlər haqqında Qanunla yanaşı, Vaşinqton Anakliya dərinsulu limanının Çin şirkəti tərəfindən tikilməsini olduqca pisləyir. Bunun qəbuledilməz olduğu vurğulanır.
"Gürcüstan hökuməti bilməlidir ki, geri dönüş yolu var. Bu yol, Çinin Anakliyada dərinsulu liman tikməsinin qarşısını almaqdır".
Daha əvvəl məlum olub ki, Amerikanın “Conti International LLC” şirkəti sözügdən limanın tikintisinə 400 milyon dollar cəlb etmək öhdəliyini yerinə yetirə bilməyib və Gürcüstan hakimiyyəti onun daxil olduğu konsorsiumla müqaviləni ləğv edib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026