12:39 - 31.07.2024
31 iyul, Fineko/abc.az. Forbes Advisor reytinqinə əsasən xarici səyahətçilər üçün ən təhlükəli şəhərlərin adları açıqlanıb.
ABC.AZ xəbər verir ki, analitiklər cinayət, təbii fəlakətlər, şəxsi və rəqəmsal təhlükəsizlik, səhiyyə səviyyəsi və ümumi infrastruktur daxil olmaqla yeddi kateqoriyaya görə dünyanın 60 meqapolisini müqayisə ediblər.
Beləliklə, Venesuelanın paytaxtı Karakas bütün kateqoriyalar üzrə risk şkalasında maksimum 100 bal toplayan yeganə şəhərdir. Pakistanın Karaçi şəhəri, bölgədəki terror təhlükəsi səbəbindən səyahətçilər üçün ikinci ən təhlükəli şəhər olaraq tanınır.
91.67 bal toplayan Myanmarın paytaxtı Yangon üçüncü yeri tutub. Burada şəxsi məlumatların oğurluğu, təbii fəlakətlər riski yüksəkdir, tibbi xidmətlərin keyfiyyəti isə aşağıdır.
Araşdırmaya görə, Sinqapur xarici ziyarətçilər üçün ən təhlükəsiz şəhər olaraq tanınıb.
Turistlər üçün ən təhlükəli 10 şəhər:
1. Karakas, Venesuela - 100 xal;
2. Karaçi, Pakistan — 93,12;
3. Yangon, Myanma – 91.67;
4. Lagos, Nigeriya – 91.54;
5. Manila, Filippin – 91.49;
6. Dakka, Banqladeş – 89.5;
7. Boqota, Kolumbiya – 86,7;
8. Qahirə, Misir – 83.44;
9. Mexiko, Meksika — 82.43;
10. Quito, Ekvador – 82.02.
8 Avqust 2026
8 Avqust 2026