12:21 - 31.07.2024
31 iyul, Fineko/abc.az. Azərbaycanda bəzi kreditlərin faizinin artması məcburi ehtiyat normalarının artırılması ilə bağlı deyil.
ABC.AZ xəbər verir ki, bunu mətbuat konftansında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bank tərəfindən məcburi ehtiyat normalarının faizlərə təsiri görünmür.
T.Kazımov qeyd edib ki, bunun əsas səbəbi profisitli büdcə fonunda hökumət hesablarında likvidliyin artmasıdır. "Bu da likvidliyə azaldıcı təsir edib. Bu səbəbdən biz sterilizaiya əməliyyatlarımızın həcmini azaltmışıq ki, bazar tarazlaşsın. Növbəti aylarda da məcburi ehtiyat normalarının faiz dərəcələrinə təsirini gözləmirik. Əksinə, düşünürük ki, büdcə xərcləri icra edildikcə 3-4-cü rübdə likvidlik artacaq. Ehtimal var ki, yenidən sterilizasiya əməliyyatlarının həcmini artıraq. Yeni verilmiş kreditlər üzrə orta faiz həm fiziki, həm də hüquqi şəxslər daxil olmaqla 2023-cü ilin dekabrında 15,3 %, bu ilin iyun ayında isə 15 % olub", - deyə sədr əlavə edib.
Müəllif: Elmir Murad