11:11 - 16.08.2018
16 avqust, Fineko/abc.az. Ölkə əhalisi ilin əvvəlindən 38 049 nəfər artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin 1 iyul tarixindən etibarən Azərbaycanın əhalisi 9 936 134 nəfər təşkil edib.
Ərazinin hər 1 kvadrat kilometrinə 115 nəfər düşür.
Şəhər əhalisi ümumi əhali sayının 52,9%-ni, kənd əhalisi isə 47,1%-ni təşkil edir. Kişilər əhalinin 49,9%-ni, qadınlar isə 50,1%-ni təşkil edirlər.
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026