13:58 - 25.07.2024
25 iyul, Fineko/abc.az. Azərbaycan və Qazaxıstan arasında dənizin dibi ilə Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilməsi üçün bu il əməli işlərə başlanılması gözlənilir.
ABC.AZ xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib.
Onun sözlərinə görə, hazırda bunun üçün podratçı şirkət seçilir.
“Əvvəlcə kabeli istehsal etmək, sonra onu Xəzər dənizinə gətirmək və dibinə salmaq lazımdır. Bu il və gələn il layihənin böyük hissəsi tamamlanacaq”,- deyə səfir qeyd edib.
Layihədə məqsəd Xəzər dənizinin dibi ilə iri həcmli məlumatların ötürülməsinə imkan verən magistral kabel xətlərinin çəkilməsi ilə Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə Rəqəmsal İpək Yolunu (Digital Silk Way) formalaşdırmaqdır.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026