10:31 - 25.07.2024
25 iyul, Fineko/abc.az. ABŞ Maliyyə Nazirliyi Hindistan banklarına xəbərdarlıq edib.
ABC.AZ xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Belə ki, ABŞ-ın maliyyə nazirinin birinci müavini sözügedən məsələ ilə bağlı Uolli Adeyemon Hindistan Banklar Assosiasiyasına məktub göndərib.
“Biz bilirik ki, Rusiya ordusu kritik malların, o cümlədən mikroelektronikanın idxalına arxalanır və xarici maliyyə institutlarına müraciət edir”, – məlumatda deyilir.
Bildirilir ki, Hindistan bankları 30 gün ərzində ölkə bizneslərini ABŞ-nin anti-Rusiya məhdudiyyətləri barədə məlumatlandırmaq üçün tədbirlər görməlidir.