Britaniyanın “Sky News” telekanalının canlı yayımında problem yarandı

11:45 - 19.07.2024


19 iyul, Fineko/abc.az. Britaniyanın “Sky News” telekanalı canlı yayımı dayandırıb.

ABC.AZ xəbər verir ki, bu, bütün dünyada geniş miqyaslı texnoloji nasazlıq fonunda baş verib.

"Yayım probleminə görə üzr istəyirik. Tezliklə “Sky News” siqnalını bərpa edəcəyimizə ümid edirik", - deyə telekanalın məlumatında deyilir.

Baş verənlərin səbəbləri hələ məlum deyil.