14:23 - 18.07.2024
18 iyul, Fineko/abc.az. WhatsApp-da bir neçə dili dəstəkləyən tərcüməçi funksiyası işə salınıb.
ABC.AZ xəbər verir ki, hələ ki funksiyanın beta versiyası Android-də sınaqdan keçirilir.
Dil seçdikdən sonra tərcümə üçün dil paketini yükləməlisiniz (bütün proses cihazda baş verir). Tərcümə edilmiş ismarıcın yanında müvafiq işarə göstərilir.
Tərcüməçi ingilis, ərəb, ispan, portuqal, rus və hind dillərini dəstəkləyir.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026