2025-ci ilin fevral ayında Estoniya, Latviya və Litva elektrik şəbəkələrini təcrid edəcəklər

16:15 - 17.07.2024


17 iyul, Fineko/abc.az. Estoniya, Latviya və Litvanın elektrik şəbəkəsi operatorları 2025-ci ilin fevralında Rusiya və Belarusla ümumi elektrik şəbəkəsindən BRELL-dən (Belarusiya, Rusiya, Estoniya, Latviya və Litvanın Elektrik Halqası) ayrılması haqqında saziş imzalayıblar. 

ABC.AZ xəbər verir ki, hazırda bu üç Baltik ölkəsi tezlik nəzarəti və şəbəkə tarazlığı üçün hələ də Rusiya operatorlarına güvənir.

"Biz BRELL-dən çıxırıq... Fevral ayında Baltikyanı ölkələr elektrik şəbəkələrinin təcrid olunmuş işini birgə sınaqdan keçirəcək və ayrılacaqlar. Biz həmişə qətiyyətlə bilirdik ki, biz Avropa İttifaqının və NATO-nun bir hissəsi olduğumuz kimi, biz də Avropa enerji sisteminin bir hissəsi olacağıq", - Litvanın energetika naziri Daynus Kravis bildirib. 
Qeyd olunur ki, 2018-ci ildə təxminən on illik danışıqlardan sonra Baltikyanı ölkələr enerji sistemlərinin 2025-ci ilə qədər Aİ-yə qoşulması haqqında saziş imzalayıblar