16:13 - 17.07.2024
17 iyul, Fineko/abc.az. Rusiya və Hindistan geoloji kəşfiyyat sahəsində əməkdaşlığı müzakirə ediblər.
ABC.AZ xəbər verir ki, bu barədə Hindistanın kömür və mədən Nazirliyi X səhifəsində məlumat verib.
Hindistan Departamentinin nümayəndə heyəti Moskvaya səfər edib və rusiyalı tərəfdaşlarla qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələlərini müzakirə edib.
Hindistan nümayəndə heyəti Moskvada keçirilən BRICS geoloji xidmətləri rəhbərlərinin ilk görüşündə iştirak edir. Rusiya, Cənubi Afrika, Çin, Hindistan, BƏƏ, Misir, Efiopiya və İrandan olan iştirakçılar BRICS vahid geoloji xidmətinin yaradılmasını müzakirə edirlər.