14:46 - 17.07.2024
17 iyul, Fineko/abc.az. Azərbaycanlı turist Türkiyədə gündəm olub. Belə ki, adı açıqlanmayan azərbaycanlı turist Türkiyəyə səyahət zamanı “Duty-Free” mağazalar şəbəkəsində böyük məbləğdə pul xərcləyib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyənin “Duty-Shop Tax Free” mağazalarında satınalmalar və digər əməliyyatlar haqqında məlumat toplayan “Global Blue” şirkətinin baş direktoru Selim Şeyxun deyib.
“Bu ilin ilk 4 ayında edilən alışlar arasında ən təəccüblü olanı bir nəfərin 7,5 milyon dollarlıq alış-veriş etməsi olub (12,7 milyon manat).
O bu məbləğə saatlar və zinət əşyaları alıb”, - şirkət rəhbəri qeyd edib.
Azərbaycandan gəldiyi bildirilən turistin xərclədiyi pul isə hər kəsi təəccübləndirib.
Müəllif: Elmir Murad
12 Avqust 2026