Əhalinin geyimə marağı artıb - İyunda paltara 679 milyon manat pul xərclənib

15:05 - 16.07.2024


16 iyul, Fineko/abc.az. 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 3 milyard 500.5 milyon manat vəsait xərclənib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.4% çoxdur.

Qeyd edək ki, cari ilin iyun ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 679 milyon manata bərabər olub.