11:28 - 16.07.2024
16 iyul, Fineko/abc.az. Tailand hökuməti Rusiya vətəndaşları üçün 60 günlük müvəqqəti vizasız girişi daimi edib.
ABC.AZ xəbər verir ki, Tailandın Daxili İşlər Nazirliyinin müvafiq əmrini iyulun 15-də ölkənin Baş naziri Settha Thavisin təsdiqləyib.
Tailanda 60 gün müddətinə vizasız giriş qeyri-müəyyən müddətə tətbiq edilib. Rusiya və Çin, ABŞ və Avropa İttifaqı (Aİ) ölkələri də daxil olmaqla 93 ölkənin vətəndaşları üçün icazə verilir.
2023-cü ilin oktyabrında Tailand hakimiyyəti rusiyalı turistlərin ölkədə vizasız qalma müddətini 60 günə qədər uzadıb. 2023-cü il noyabrın 1-dən 2024-cü il aprelin 30-dək olan müddətdə Rusiya vətəndaşlarına 90 gün müddətinə ölkədə vizasız qalmaq icazəsi verilib.
12 Avqust 2026