15:26 - 11.07.2024
11 iyul, Fineko/abc.az. “Azərkosmos” “Əşyaların İnterneti” (IoT) ekosisteminə malik texnologiya şirkəti olan “DynaSys Networks” ilə strateji tərəfdaşlığa başlayıb.
“Azərkosmos”dan ABC.AZ -a bildiriblər ki, bu tərəfdaşlıq çərçivəsində “Azərkosmos” həm özünün, həm də müştərilərinin peyk rabitə infrastrukturunu “DynaSys”in hərtərəfli “IoT” platforması ilə inteqrasiya etmək imkanı qazanır.
Öz növbəsində bu, “Azərkosmos”a Avropa, Afrika və Yaxın Şərq bölgələrindən olan tərəfdaşlarına “IoT” həlləri vasitəsilə əməliyyat səmərəliliyini artırmaq, resursların idarə edilməsini optimallaşdırmaq və yeni gəlir mənbələri yaratmaqda dəstək olacaq.
Əməkdaşlıq nəticəsində hər iki tərəf “ağıllı” şəhərlər, kənd təsərrüfatı, əmlakın izlənilməsi, gəmi donanmasının idarə olunması, ətraf mühitin davamlılığı və biznes proseslər üzrə tətbiq olunan xüsusi “IoT” həllərinin müəyyənləşdirilməsi və inkişafı istiqamətində birgə təşəbbüslər də irəli sürə biləcəklər.
Qeyd edək ki, “DynaSys Networks” Pakistan və Birləşmiş Ərəb Əmirliklərində məhsulun inkişafı və sistem inteqrasiyasında innovasiyaların təşviqinə yönəlmiş texnologiya startapıdır.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026