17:25 - 10.07.2024
10 iyul, Fineko/abc.az. 2024-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 milyard 259.6 milyon manatlıq içki və tütün məmulatları satılıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 7.7% çoxdur.
Bu ilin ilk 6 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,6% faizi içki və tütün məhsullarının alınmasına sərf olunub.
Təkcə iyun ayında içki və tütün məhsullarına xərclənən vəsaitin məbləği isə 129,8 milyon manat təşkil edib.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026