17:01 - 10.07.2024
10 iyul, Fineko/abc.az. 2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 621.2 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-cü ilin yanvar-iyun aylarına nisbətən 0.6% azalıb.
Bu ilin 6 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026