11:43 - 10.07.2024
10 iyul, Fineko/abc.az. Süni intellektə əsaslanan startaplar 2024-cü ilin ikinci rübündə 24 milyard dollar investisiya cəlb edib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Crunchbase” nəşri yazıb.
Yazıda qeyd edilib ki, ən böyük sərmayələr arasında İlon Maskın “xAI” startapını (6 milyard dollar) adlandırmaq olar.
İkinci yerdə 1 milyard dollar cəlb edən “CoreWeave” bulud xidməti təminatçısı dayanır.
Buna baxmayaraq, “Nyu York Times” fərqli göstəricilər dərc edib: 2024-cü ilin aprelindən iyun ayına qədər investorlar təkcə ABŞ-də süni intellektlə işləyən startaplara 27.1 milyard dollar sərmayə qoyublar.
2021-ci ildə aşağı faiz dərəcələri və Covid-19 pandemiyası fonunda investorlar risk etməyə hazır idilər. 2022-ci ildən seqment tənəzzülə uğramağa başladı: biznesin inkişafı yavaşladı və dərəcələr yüksəldi. İnvestorlar daha təmkinli oldular ki, şirkətlər buna görə layihələri və işçilərini ixtisar etməyə başladılar.
14 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026