“Turkish Airlines” aviaşirkətinin Tehrandakı təmsilçiliyi möhürləndi

15:51 - 9.07.2024


9 iyul, Fineko/abc.az. İranın Ali mədəni inqilab Şurasının nümayəndələri məcburi hicab qaydalarına əməl etmədiyi üçün Türkiyənin “Turkish Airlines” aviaşirkətinin Tehrandakı təmsilçiliyini möhürləyib.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı İranın rəsmi dövlət KİV-i yayıb.

Bildirilib ki, nümayəndəliyin ofisinə polis yerləşdirilib.