Bayden: Heç yerə getmirəm

11:57 - 5.07.2024


5 iyul, Fineko/abc.az. ABŞ prezidenti Joe Biden “Heç yerə getmirəm” deyərək, namizədlikdən geri çəkilmək çağırışlarını bir daha rədd edib.

ABC.AZ xarici mətbuata istinadla xəbər verir ki, 4 İyul Müstəqillik Günü şənliyində "mübarizəni davam etdirin" deyə qışqıran tərəfdarına müraciət edən ABŞ prezidenti Co Bayden yarışı tərk etmək niyyətində olmadığını bir daha bəyan edib.

81 yaşlı demokratın fiziki və əqli hazırlığına dair şübhələri iyunun 27-də Respublikaçı rəqibi Donald Trampla debatda zəif çıxışından sonra artıb. Bir çox Demokrat seçici onun yorucu iş yükünü növbəti illər ərzində davam etdirə bilməyəcəyindən narahatdır və partiyasından bəziləri onu kənara çəkilməyə çağırır.