Azərbaycanın xaricə satdığı yod 22% ucuzlaşıb

10:08 - 5.07.2024


5 iyul, Fineko/abc.az. 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 3 milyon 64 min dollar dəyərində 54 ton yod ixrac olunub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yod ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyon 566 min dollar və ya 33,8%, miqdar ifadəsilə 10 ton və ya 15,3% azalıb.

2023-cü ilin ilk 4 ayında isə Azərbaycandan 4 milyon 629 min dollar dəyərində 63 ton yod ixrac olunmuşdu.

1 kq yodun orta ixrac qiyməti 2024-cü ilin dörd ayında 97,12 manata başa gəlib ki, bu da illik müqayisədə 27,21 manat (21,9%) ucuzlaşma deməkdir.

Ötən ilin eyni dövründə yodun orta ixrac qiyməti 124,33 manata başa gəlib.